...

NATALYA MƏMMƏDOVA: YARIMFMİNALA ÇIXMAĞIMIZ BİZƏ YENİ GÜC VERİB

Cəmiyyət Materials 24 Sentyabr 2005 12:04 (UTC +04:00)

"Yarımfinala çıxmağımız bizə yeni güc verib və komanda İtaliyanı mütləq məğlub etmək niyyətindədir". Bu barədə Trend ə Avropa Çempionatının sentyabrın 24-də Zaqrebdə keçiriləcək yarımfinl matçı ərəfəsində voleybol üzrə Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova bildirib.

O qeyd edib ki, güclü olmasına baxmayaraq, rəqib komanda heç də məğlubedilməz deyil. Çünki komanda bir neçə il bundan əvvəl Boris Yeltsinin kubokunda "Skuadru adzurru"nu məğlub etməyə nail olub. "Yığmada çox gözəl əhval-ruhiyyə hökm sürür və biz Avropa birinciliyi uğrunda medal qazanmaq arzusundayıq, buna görə də İtaliya yığmasına qarşı ən yaxşı oyun göstərmək niyyətindəyik", - deyə N.Məmmədova əlavə edib.

Xatırladaq ki, qrup mərhələsinin yekunlarına görə, Natalya qitə birinciliyinin ən yaxşı hücumçularından biridir.

Xəbər lenti

Xəbər lenti