...

ELMAN ƏSGƏROV: "AVROPA ÇEMPİONATINDA GÜMÜŞ MEDALI TƏSADÜFƏN QAZANMADIĞIMI SÜBUT ETMƏYƏ ÇALIŞACAM"

Cəmiyyət Materials 24 Sentyabr 2005 15:48 (UTC +04:00)

"Avropa birinciliyində ikinci yerə layiq göürlməyimin təsadüf olmadığını dünya çempionatında sübut etməyə çalışacam". Bu barədə Trend ə sərbət güləş üzrə idmançımız Elman Əsgərov Azərbaycan yığmasının tərkibində Budapeştə yola düşməzdən əvvəl bildirib.

O, belə hesab edir ki, Macarıstanda yüksək yer tutmaq o qədər də asan olmayacaq, belə ki Olimpiadadan sonra yarışlara ara vermiş bir çox liderlər yenidən xalça üzərinə qayıdacaqlar. "Adətən Oyunlardan sonra titullu atletlər birillik fasilə götürərək güc toplayır və medallar uğrunda mübarizəyə qoşulurlar. Buna görə də hesab edirəm ki, Budapeştə böyük idmandan ötrü darıxmış aparıcı atletlər gələcəklər", - deyə E.Əsgərov qeyd edib.

O, həmçinin, əlavə edib ki, yekun turnir bölgüsünə nəticələrindən çox şeyin asılı olacağı püşkatma da təsir edə bilər.

Xəbər lenti

Xəbər lenti