...

QARA DƏNİZ İQTİSADİ TƏŞKİLATININ PARLAMENT ASSAMBLEYASINA ÜZV OLAN ÖLKƏLƏR ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏK NİYYƏTİNDƏDİRLƏR

Cəmiyyət Materials 27 Sentyabr 2005 16:24 (UTC +04:00)

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assamibleyasının (QİƏPA) üzvü olan ölkələr mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyirlər. Azərbaycanın Milli Məclisindən Trend ə verilən məlumata görə, bu məsələ oktyabrın 5-6-da Afinada keçiriləcək QİƏPA-nın təhsil, mədəniyyət və sosial məsələlər üzrə komitəsinin növbəti iclasında müzakirə olunacaq.

İclasda təşkilata üzv ölkələrin parlamentariləri Qara dəniz hövzəsində yaşayan xalqların mədəni irsinin müdafiəsi və təhsil və sosial sahədə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. İclasda Azəpbaycanı Milli Məclisin üzvü, QİƏPA-nın təhsil, mədəniyyət və sosial məsələlər üzrə komitəsinin sədri Şaətdin Əliyev təmsil edəcək.

Xatırladaq ki, QİƏ təşkilatına 12 ölkə - Albaniya, Azəpbaycan,Ermənistan, Bolqapıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə,Ukpayna, Sepbiya və Çepnoqopiya, eləcə də bir sıra beynəlxalq təşkilatlar müşahidəçi statusuna malikdirlər.

Xəbər lenti

Xəbər lenti