...

Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinə müraciət edib

Cəmiyyət Materials 18 Yanvar 2006 16:53 (UTC +04:00)

Qış mövsümünün gəlməsi ilə əlaqədar Bakı şəhərinin aidiyyatı struktur və bölmələri, xüsusilə də Mənzil-Kommunal təsərrüfat müəssisələri artıq sutka ərzində gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda paytaxtda 150-yə yaxın müxtəlif növlü texnika fəaliyyət göstərir, yolların və səkilərin qar və buz örtüyündən təmizlənməsi üçün aidiyyatı təşkilatlara konkret tapşırıqlar verilib.

Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin, sərt hava şəratini nəzərə alaraq paytaxt ictimaiyyətinə, o cümlədən idarə və müəssisələrə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, ictimai nəqliyyat sürücüləri və şəxsi avtomobil sahibləri idarə etdikləri nəqliyyatı qış mövsümünə tam hazır vəziyyətdə saxlamalıdırlar. Nasaz vəziyyətdə olan avtomobillərdən bu qarlı günlərdə istifadə edilməsi xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Buna görə də avtomobil sahiblərindən xahiş olunur ki, nasaz avtomobillə yola çıxmasınlar.

Paytaxt sakinlərinin yaşadığı və işlədyi ərazilərdə qarşılarına çıxan hər hansı bir narahatçılığın aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyətində struktur bölmələri hazır vəziyyətə gətirilib. Şəhər rəhbərliyi elan edib ki, sakinlər problemlərlə əlaqədar 492-67-63 və 465-62-07 saylı telefonlara müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti