...

2005-2006-cı illərdə Azərbaycanın ali məktəblərinə 1070 xarici vətəndaş qəbul olub

Cəmiyyət Materials 6 Fevral 2006 16:40 (UTC +04:00)

2005-2006-cı illərdə Azərbaycanın ali məktəblərinə 1070 xarici vətəndaş qəbul olunub, həmçinin 1026 Azərbaycan vətəndaşı təhsil almaq üçün xaricə gedib. Bu barədə Trend ə Azərbaycanın təhsil nazirliyində bildirilib.

Hazırda ölkənin 23 ali məktəbində ümumiyyətlə dünyanın 45 ölkəsindən 4400 xarici vətəndaş təhsil alır. Onlardan 152 nəfər dövlət xətti ilə, qalanlar isə ödəniş əsasında təhsil alır.

Nazirliyin məlumatına əsasən, Azərbaycanın 1026 vətəndaşı dövlət xətti ilə təhsil alır. Onlardan 731 nəfər Türkiyədə, 174 -Rusiya, 61 - Misir, 22 -Ukrayna, 17 nəfər isə Çində təhsil alır. Hazırda Azərbaycandan olan tələbələr Çexiya, Slovakiya, Avstriya, Rumıniya və digər ölkələrin bir sıra ali məktəblərində təhsilini davam etdirir.

Azərbaycan hökumətinin qərarına müvafiq olaraq dövlət xətti ilə təhsil alan tələbələr iki istiqamətdə - təhsil aldıqları ölkəyə və geriyə, Azərbaycana - birdəfəlik ödənişsiz uçuş xidmətindən faydalanır.

Türkiyə, Rusiya, Ukrayna və Misirdə təhsil alan tələbələrə təqaüd verilir.

Xəbər lenti

Xəbər lenti