Azərbaycanın bayrağı Turində qış Olimpiya Oyunlarının açılışı mərasimi ərəfəçində Olimpiya kəndində qaldırılıb.
Trend in məlumatına görə, dövlət rəmzinin həmin obyektə sancılması Azərbaycanın nümayəndə heyətinin dörd ildən bir keçirilən əsas idman yarışının paytaxtına gəlişi deməkdir. Olimpiya Oyunlarının bütün gedişi dövründə bayraq kənddə yarışlar başa çatana kimi dalğalanacaq.
Xatırladaq ki, respublika yarışlarda yalnız fiqurlu xjizəksürmə üzrə proqramla təmsil olunacaq. Buz üzərinə Kristin Freyzer - İqor Lukanindən ibarət rəqs cütlüyü çıxacaq. İdmançılar İtaliyaya fevralın 9-da yekun hazırlıq mərhələsini keçirdikləri Vaşinqtondan olan reyslə gələcəklər.