...

Ombudsman Elmira Süleymanova Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Təşkilatının nümayəndəsini qəbul edib

Cəmiyyət Materials 13 Fevral 2006 15:08 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Təşkilatının nümayəndəsi, "Avropa Komissiyası siyasətinin tətbiqinin qiymətləndirilməsi: idarəetmə və insan hüquqları" layihəsinin koordinatoru Lena Krılovanı qəbul edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Görüşdə E.Süleymanova insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində görülmüş işlər barəsində qonağa məlumat verib. O, Azərbaycanda Avropa Birliyi ilə əməkdaşlığa, yaxın qonşuluq siyasətinin davam etdirilməsinə böyük önəm verildiyini vurğulayıb.

E.Süleymanova L,Krılovanın Ombudsman təsisatının Avropa Komissiyası ilə insan hüquqları sahəsində əməkdaşlığına dair suallarını cavablandırıb. E.Süleymanova Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Təşkilatının nümayəndəsi ilə milli qanunvericiliyinin təkmilləşdirilməsi, beynəlxalq sənədlərə uyğunlaşdırılması, hüquqi sənədlərin monitorinqi, beynəlxalq hüquqi ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi ilə bağlı Ombudsman Aparatına yardım göstərilməsi məsələlərini də müzakirə edib.

Xəbər lenti

Xəbər lenti