...

Kurrikulum islahatları üzrə işçi qrupu yaradılıb

Cəmiyyət Materials 22 Fevral 2006 12:54 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkənin ümumtəhsil məktəbləri üçün qiymət standartlarının və fənn kurrikulumlarının hazırlanmasının təmin olunması haqqında fərman imzalayıb. Nazirlikdən Trend ə verilən məlumata görə, fərmana əsasən, kurrikulum islahatlarının həyata keçirilməsi məqsədilə işçi qrupu yaradılıb.

İşçi qrupuna bu sahə üzrə 23 alim və aparıcı mütəxəssislər daxildir. Bu fərmanla nazir müvafiq orqanlara işçi qrupunun fəaliyyətinə hər cür yardım göstərməyi, müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işləri əlaqələndirməyi və nizama salmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti