...

Xəzər hövzəsində istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə təhsil proqramı başa çatıb

Cəmiyyət Materials 23 Mart 2006 16:11 (UTC +04:00)

Xəzər hövzəsində istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə təhsil proqramı başa çatıb. Trend in xəbər verdiyi kimi, bununla əlaqədar martın 23-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir sıra dövlət idarələri nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Proqram hər iki ölkə prezidentlərinin sərəncamına uyğun olaraq 4 aprel 2003-cü ildə Ekologiya nazirliyi və Kanada Beynəlxalq İnkişaf agentliyi arasında imzalanmış "Qarşılıqlı anlaşma haqqında" memorandum əsasında həyata keçirilməyə başlayıb.

Görüşdə çıxış edən ekologiya naziri Hüseyn Bağırov bildirib ki, həm də Qazaxıstan və Özbəkistanda həyata keçirilmiş layihənin Azərbaycanda gerçəkləşdirildiyi dövr ərzində müxtəlif təşkilatların, İqtisadi inkişaf, Sənaye və energetika, Kənd təsərrüfatı, Təhsil nazirlikləri, Milli Elmlər Akademiyası, AR DNŞ, "Azərenerji", "Azəriqaz", QHT nümayəndələrinin təxminən 60 mütəxəssisi cəlb olunub.

Proqram çərçivəsində Azərbaycanda 4 pilot layihəsi həyata keçirilib: Sumqayıt şəhərində 15 saylı liseydə istilik sisteminin bərpası, elektrik və istilik enerjisi almaq üçün külək və günəş enerjisindən istifadə və s.

Tədbirdə Kanada tərəfdən proqramın rəhbəri Piter Melniçyuk və agentliyin nümayəndəsi Syuzan Segyun iştirak edib. Onlar Azərbaycanda proqramın həyata keçirilməsindən razılıqlarını bildirib.

Bir sıra qurumların 16 nümayəndəsinə proqram çərçivəsində xüsusi sertifikatlar verilib.

Xəbər lenti

Xəbər lenti