...

Voleybol üzrə Azərbaycanın qadın yığması mövsümə hazırlıq planı tərtib edir

Cəmiyyət Materials 27 Mart 2006 14:40 (UTC +04:00)

Azərbaycanın voleybol üzrə qadın yığması oyunçuların məzuniyyətdən qayıtmasından sonra mövsümə hazırlıq planı tərtib edir.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin dediyinə görə, voleybolçılar aprelin əvvəllərində məşqlərə başlamalıdırlar və o zaman təqvimin yekun variantı müəyyən ediləcək. "Yığma Yekaterinburqda ənənəvi Boris Yeltsin Kubokunda, Qubadakı yarışda oynamağı planlaşdırır. Lakin bu zaman dünya çempionatının başlamasından əvvəl keçiriləcək Qran-Prininn üç seçmə mərhələsini də unutmaq olmaz", -deyə Z.Gözəlbəyli qeyd edib.

Xatırladaq ki, voleybolçularımız Yaponiyadakı mundialda uğurla iştirak etməyi bu ilin əsas prioriteti hesab edirlər.

Xəbər lenti

Xəbər lenti