...

Mətbuat Şurasının son iki aylıq fəaliyyətinə dair hesabat müsbət qiymətləndirilib

Cəmiyyət Materials 28 Mart 2006 18:55 (UTC +04:00)

Martın 28-də Azərbaycan Mətbuat Şurasının İradə Heyətinin növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda əvvəlcə Mətbuat Şurasının (MŞ) 2006-cı ilin fevral-mart aylarında gördüyü işlərə dair qurumun sədri Əflatun Amaşovun hesabatı müzakirə edilib.

Hesabatda göstərilib ki, son iki ayın mediada xüsusilə yadda qalan cəhəti dünyanın bir sıra KİI-lərində Məhəmməd peyğəmbərlə bağlı karikaturaların dərci ilə əlaqədar yaşanan olaylar olub. Şura Azərbaycan mətbuatında belə hallara yol verilməməsi üçün fevralın 7-də KİI-lərə müraciət ünvanlayıb.

MŞ-nin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında "Mərkəz", "Azadlıq fədailəri", "Kino", "Məmləkət" qəzetlərindən olan müraciətlərə baxılaraq müvafiq tədbirlər görülüb. Şuranın Şikayətlər üzrə Komissiyasında "Milli yol", "Azadlıq və zaman", "Alternativ" qəzetləri barədə rəylər çıxarılaraq İradə Heyətinə təqdim edilib. Ümumiyyətlə, iki ayda MŞ katibliyində 30 yazılı və 50 şifahi müraciət araşdırılıb. Fevralın 28-də 140 jurnalistə "Tərəqqi" medalının, "Əməkdar jurnalist" və "Əməkdar mədəniyyət işçisi" adlarının təqdimatı mərasimi keçirilib. MŞ fevralın 23-də Gürcüstan prezidentinə müraciət ünvanlayıb, martın 24-də Respublika Prokurorluğu ilə birgə hüquqi mövzuda yazan jurnalistlər üçün seminar keçirib.

Hesabat İdarə Heyəti üzvləri tərəfindən müsbət dəyərləndirilib. Sonra Dövlət Sularda Xilasetmə Xidmətinin "Milli yol", Laçın Rayon İcra Hakimiyyətinin "Azadlıq və zaman", millət vəkili Aydın Abbasovun Gəncə şəhərindən bir qrup seçicisinin "Reallıq" qəzetlərinə qarşı iddiaları əsasında MŞ-nin qərarları qəbul olunub.

Xəbər lenti

Xəbər lenti