...

Azərbaycanda informasiya məsələləri üzrə ombudsman təsisatı yaradılacaq

Cəmiyyət Materials 31 Mart 2006 15:45 (UTC +04:00)

"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanununun icrasına nəzarət məqsədi ilə ölkəmizdə yeni qurum - informasiya məsələləri üzrə müvəkkil (ombudsman) təsisatı yaradılacaq. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qanunun müddəalarını ictimaiyyətə çatdırmaq, bununla bağlı vətəndaşlara hüquqi yardım göstərmək, informasiya xidmətlərini təkmilləşdirmək üçün təkliflər verilməsi, daxil olmuş müraciət, ərizə və şikayətlərin araşdırılması ombudsmanın birbaşa vəzifələrinə daxildir. Ombudsman informasiya sahiblərindən izahatlar, sənədlər tələb edə, həmçinin, qanunun pozulması ilə bağlı materialları yuxarı orqana və məhkəməyə verə bilər.

Xəbər lenti

Xəbər lenti