...

Ənvər Qafarlı: Azərbaycanda siyasi məhbus problemi şişirdilir

Cəmiyyət Materials 4 Aprel 2006 14:05 (UTC +04:00)

Son illər Azərbaycanda siyasi məhbus problemi şişirdilir. Trend xəbər verir ki, bu fikirlər aprelin 4-də Siyasi Məhbus Problemləri Üzrə Şuranın "Azərbaycanda insan hüquqlarının hazırkı vəziyyəti: problemlər və həlli yolları" mövzusunda keçirilmiş Dəyirmi Masada səslənib.

Şuranın sədri Ənvər Qafarlı bildirib ki, son vaxtlar ayrı-ayrı QHT-lərin bəyanatlarında dövlət əleyhinə ittihamlara rast gəlinir. Həmin ittihamlardan aydın olur ki, bu kampaniya Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə Rambuye danışıqlarının nəticələrindən narazı qalan ermənipərəst qüvvələrin sifarişi ilə həyata keçirilən siyasi aksiyanın tərkib hissəsidir. Azərbaycanda insan hüquqları ilə bağlı bəzi problemlərdən istifadə edən ayrı-ayrı hüquq-mühafizə təşkilatları Azərbaycanın Avropa Şurasının bəzi strukturları ilə münasibətlərinin mürəkkəbləşdirilməsi istiqamətində məqsədyönlü iş aparır. Bu da Azərbaycanın həmin beynəlxalq təşkilata inteqrasiya olunmasına mənfi təsir göstərir.

Daha sonra Dəyirmi Masa iştirakçıları Azərbaycanın milli maraqlarına toxunan uydurmalara operativ reaksiya vermək məqsədilə bir neçə təklif hazırlayıblar. Bu təkliflər Prezident Aparatı nəzdində informasiya təhlükəsizliyi xidmətinin yaradılmasından, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə İctimai Şuranın formalaşdırılmasından, əhalinin məhkəmələrə olan inamını artırmaq məqsədi ilə həmin Şuranın tərkibinə ictimaiyyətin, o cümlədən ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin daxil edilməsindən ibarətdir.

Bununla yanaşı Şura Prezident Aparatı yanında yaradılmış Siyasi məhbus məsələləri üzrə işçi qrupun iştirakçılarına da müraciət qəbul ediblər. Müraciətdə bildirilir ki, Avropa Şurasının ayrıca götürülmüş üzv-ölkəsi üçün onun ərazisində "siyasi məhbus"ların müəyyən edilməsi ilə bağlı meyarlar işləyib hazırlama səlahiyyəti yoxdur.

Xəbər lenti

Xəbər lenti