Azərbaycanın cüdo üzrə komandası Moskvada başa çatan dünya Superkubokunda iki bürünc medal qazanıb.
Trend in xəbər verdiyi kimi, 73 çəki dərəcəsində Elnur Məmmədli 3-cü yerə layiq görülüb. Avropa birinciliyinin qalibi Kifayət Qasımova (57 kq) da komanda yoldaşının bu uğurunu davam etdirib.
Qeyri-rəsmi komanda hesabında Ağayar Axundzadənin yetirmələri Rusiya, Fransa, Almaniya, Macarıstan, Qazaxıstan, Niderland və Sloveniyadan sonra 8-ci yerdə qərarlaşıb. Ev sahibi olan ruslar bu yarışda 14 mükafat qazanıb.