May ayında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Azərbaycanın bölgələrində növbəti seminar-müşavirələr keçirməyi planlaşdırıb. Bu barədə Trend ə Mərkəzin direktoru Mehdi Səlimzadə məlumat verib.
M.Səlimzadənin sözlərinə görə, semirar-müşavirələrin keçirilməsində məqsəd bölgələrdə bələdiyyə üzvlərinin maarifləndirilməsidir.
"Artıq Yevlax, Ağdam, Zərdab və Ucarda belə seminar-müşavirələr keçirmişik və müsbət nəticəsini də görürük. Belə tədbirlərdə bələdiyyə üzvləri bələdiyyələrlə bağlı qanunlar barədə ətraflı məlumatlandırılırlar" - deyə M.Səlimzadə bildirib.
Seminar-müşavirələrdə Milli Məclisin regional məsələlər üzrə daimi komissiyasının nümayəndəsi də iştirak edəcək.
M.Səlimzadə tədbirlərə hansı bölgədən start veriləcəyinin hələlik dəqiqləşdirilmədiyini söyləyib.