...

İsmayıl Ömərov: İTV Azərbaycan xalqının milli mənəvi-əxlaqi dəyərlərini təbliğ etmək məqsədi güdür

Cəmiyyət Materials 26 Aprel 2006 15:19 (UTC +04:00)

Azərbaycan İctimai Televiziyasının (İTV) baş direktoru İsmayıl Ömərovun keçirdiyi mətbuat konfransı İTV-nin işinin birinci ilinin yekunlarına həsr olunub.

Trend xəbər verir ki, İ.Ömərovun sözlərinə görə, kanalını yayımının təşkili üzrə ilkin işlərə yalnız 1 mln. ABŞ dolları ayrılmasına baxmayaraq, İTV 18 saatlıq amplitudadan dərhal sonra efir məkanına çıxıb. "Bu Azərbaycanın televiziya efiri tarixində görünməmiş göstəricidir", -deyə İ. Ömərov bildirib. Onun sözlərinə görə, İTV-nin yayımı siyasətində əsas yer Azərbaycan xalqının milli mənəvi-əxlaqi dəyərlərinni və mədəniyyətinin təbliğinə, eləcə də əhalinin maarifləndirilməsinə ayrılıb.

"Biz siyasətdən uzağıq, balanslaşmışıq və bunu həm respublika rəhbərliyi, həm də Azərbaycan müxalifəti etiraf edir", -deyə İ. Ömərov bəyan edib. O əlavə edib ki, İTV rəhbərliyinin səyləri sayəsində "Azərbaycan ziyalılarının unudulmuş nümayəndələri "ictimaiyyətə qaytarılıb". Misal üçün, onun sözlərinə görə, Xudu Məmmədov, Firudin Köçərli, Ziya Bünyatov, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və bir çox digərləri barədə filmlər çəkilib.

Baş direktor həmçinin, bildirib ki, teleşirkətin yayımını təmin etmək məqsədilə son aylar ərzində 3 milyon dollarlıq avadanlıq alınıb ki, bu da efirin texniki keyfiyyətini təşkil etməyə imkan verir.

İ. Ömərov İTV-nın 2010-cu ilə kimi dövlət balansında olacağını, bundan sonra öz hesabına işləməyə başlayacağını qeyd edib.Onun sözlərinə görə, artıq bu gün telekanal Azərbaycanda ən yaxşı xəbər xidmətinə malikdir. Telekanal xəbərlərin gündə 10 buraxılışı, eləcə də tezliklə ingilis dilində də efirə çıxacaq "Yekun" verilişi ilə efirə çıxır. "Azərbaycanda daimi əsasda 50-60 min xarici vətəndaş yaşayır və İTV auditoriyanın bu kateqoriyasını da əhatə etməyə çalışır", -deyə İ. Ömərov bildirib.

Bununla yanaşı, İ. Ömərovun sözlərinə görə, İTV-nin fəaliyyətinin əsas prioritetlərindən biri Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri barədə veriliş və proqramlar hazırlamaqdır. Baş direktor İTV-nin əsas problemlərini də sadalayıb. Onun sözlərinə görə, bunlar intellektual oyunların, eləcə də tok-şouların olmamasıdır.

Qeyd olunub ki, bu gün İTV-nın müxbir məntəqələri Rusiyada, ABŞ-da, Fransada (Strasburq) fəaliyyət göstərir. Yaxın vaxtlarda Türkiyədə də nümayəndəliyin açılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti