...

İki telekanalın proqramlarının daha keyfiyyətli yayımı təmin olunub

Cəmiyyət Materials 22 May 2006 19:46 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyi Zığ və Qaraçuxur qəsəbələrində AzTI-nin və İctimai TI-nin proqramlarının yayım keyfiyyətinin yüksəldilməsi üçün texniki tədbirlər görüb. Trend in məlumatına görə, Teleradio İstehsalat Birliyi Günəşli TI stansiyasında 2 ədəd peyk qəbuledici avadanlığı quraşdıraraq istifadəyə verib.

Nəticədə Günəşli, Zığ, Qaraçuxur və digər qəsəbələrdə AzTI-nin və İctimai TI-nin proqramlarının daha keyfiyyətli yayımı təmin olunub. Bununla yanaşı, Teleradio İstehsalat Birliyi Gəncədə İctimai TI-nin proqramlarının yayım zonasını genişləndirib və keyfiyyətini yaxşılaşdırıb.

Xəbər lenti

Xəbər lenti