...

Mahmud Məmmədquliyev BMT-nin İnsan Haqları Şurasının birinci iclasında çıxış edəcək

Cəmiyyət Materials 12 İyun 2006 17:04 (UTC +04:00)

İyunun 19-da Cenevrədə BMT-nin İnsan Haqları Şurasının birinci sessiyası öz işinə başlayacaq. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək. O, iclasda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, hər zaman siyasi xarakter almaqda və ikili standartlarda ittiham olunan BMT-də İnsan Haqları Komissiyasının yerinə İnsan Haqları Şurasının yaradılmasına dair qərar martın 15-də BMT Baş Assambleyası tərəfindən qəbul olunub. Şuraya ilk üzvlər mayın 9-da Nyu-Yorkda seçilib. Azərbaycanın Şuraya daxil olması ilə bağlı təklif Şərqi Avropa regional yarımqrupu tərəfindən irəli sürülüb. BMT BA-nın mayın 9-da keçirilmiş iclasında Azərbaycanın lehinə 103 səs qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti