...

"Bakı" Çempionlar Liqasının birinci oyununu iyulun 11-12-də keçirəcək

Cəmiyyət Materials 14 İyun 2006 15:25 (UTC +04:00)

"Bakı" Çempionlar Liqasının təsnifat mərhələsinin ilk oyununu iyulun 11-12-də keçirəcək.

Trend in xəbər verdiyi kimi, UEFA-nın təsdiqlənmiş cədvəlinə görə, iyulun 22-23-də Böyükağa Hacıyevin yetirmələri cavab oyunu keçirəcək və bundan sonra cütlüyün qalibi müəyyən olunacaq. Avropa Kubokunun 73 gələcək iştirakçısı arasında Azərbaycan çempionu reytinq əmsalına görə təkcə Lüksemburqun "Dyudelanj", Farerin "B-36" və Qazaxıstanın "Aktobe" klublarını qabaqlayır.

Qeyd etmək lazımdır ki, Liqanın qrup mərhələsi üzrə püşkatma mərasimi avqustun 24-də Monakoda keçiriləcək. Əsas cədvələ "Barselona", "Real", "Çelsi", "Mançester Yunayted", "Yuventus", "Milan", "Lion", "Bordo", "Bavariya", "Verder", "Portu", "Sportinq", PSV, "Olimpiakos", "Anderlext" və "Seltik" daxil edilib.

Xəbər lenti

Xəbər lenti