Portuqaliyanın Koimbra şəhərində akrobatik gimnastika üzrə XX Dünya Çempionatı başa çatıb.
Trend in xəbər verdiyi kimi, qadınlardan ibarət cütlüyü təmsil edən azərbaycanlı akrobatlar Ayla Əhmədova və Dinarə Abbasova birinci tapşırıqdan sonra 28.08 balla 4-cü yerə layiq görülüb. Duetin ikinci kompozisiyası daha az - 27.504 balla qiymətləndirilib və nəticədə cütlük 8-ci mövqedə qərarlaşıb. Cütlük 3-cü və eyni zamanda sonuncu proqram üzrə 26.98 xal toplayıb.
Yekunda 82.564 bal toplayan Ayla Əhmədova və Dinarə Abbasova 7-ci yeri tutub.
Belaruslu cütlük dünya çempionu olub. İkinci və üçüncü yerləri isə Rusiya və Çin akrobatları bölüşdürür.