...

Amerika-Türk Assosiasiyaları Assambleyasının nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

Cəmiyyət Materials 29 İyun 2006 14:07 (UTC +04:00)

İyunun 23-dən Bakıda olan Amerika-Türk Assosiasiyaları Assambleyasının nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. Trend in məlumatına görə, iyunun 29-da səhər saatlarında qonaqlar Bakını tərk edərək ölkələrinə qayıdıblar.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Amerika-Türk Assosiasiyaları Assambleyasının prezidenti Vüral Çingiz Azərbaycan prezidenti İlham Əliyevlə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə, Komitə sədri Nazim İbrahimovla, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı ilə rəsmi görüşlər keçirib. Nümayəndə heyəti səfər müddətində Bakıda tarixi, gəzməli yerlərdə olublar. Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşdə Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının yaradılması ilə bağlı müzakirələr aparılıb. Görüşdə həmçinin Türkiyənin Antalya vilayətində Azərbaycan-Türk diasporlarının imzaladığı konsepsiya barədə danışılıb, bu sənəddən irəli gələn vəzifələri, diasporların əməkdaşlığı, fəaliyyətlərini əlaqələndirmələri və qarşıda duran planlar barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti