...

"AzerReyl" voleybol klubu komandanı gücləndirəcək

Cəmiyyət Materials 30 İyun 2006 15:17 (UTC +04:00)

"AzerReyl" qadın voleybol klubu Çempionlar Liqası ərəfəsində tərkibin gücləndirilməsi istiqamətində xeyli iş görəcək.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata əsasən, komanda finalı Bakıda keçirilməsi ehtimal olunan Avropa kubokundan əvvəl gücləndirmək niyyətindədir. "Potensial oyunçuların adını çəkmək hələ tezdir, xüsusilə, türnirin bir çox iştirakçılarının tərkibi hələ müəyyənləşdirilmədiyi halda. Faiq Qarayevin başçılıq etdiyi məşqçi heyətinin "AzerReyl"in potensialını artıra biləcək yeni oyunçulara nəzər yetirmək üçün kifayyət qədər vaxtı olacaq" - deyə Z.Gözəlbəyli bildirib.

Qeyd edək ki, qrup mərhələsində komanda Türkiyənin "Edzaçibaşı", Peskarodan olan "Skavolini" və Avstriyanın "SIS" ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti