...

Rimas Kurtinaytis Azərbaycan basketbol yığmasının məşqçisi olaraq qala bilər

Cəmiyyət Materials 4 İyul 2006 12:32 (UTC +04:00)

"Əgər biz Rimas Kurtinaytisin Azərbaycanın basketbol yığmasının baş məşqçisi olaraq qalmasına ehtiyac duyarıqsa, bu halda o qalacaq". Bu barədə Trend ə Azərbaycan Baketbol Federasiyasının mətbuat katibi Ramin Kəsəmənski litvalı məşqçinin Permin "Ural-Qreyt" klubu ilə müqavilə bağlamasını şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, məşqçi Rusiya Superliqasının klubu ilə razılaşması barədə heç bir şey deməyib. Ancaq o, istənilən halda milli komandaya rəhbərlik edəcək.

"Biz bilirik ki, son illər ərzində R.Kurtinaytis cəlbedici təkliflər alıb. Klubların adlarını çəkməyə mənəvi haqqım yoxdur. Ancaq mən ölkələrin adlarını söyləyə bilərəm. Bunlar Rusiyanın iki ən iri regionu, Avstraliya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna, Belçika, Lüksemburq komandalarıdır. Buna görə də Rimas istədiyi klubla necə lazımdır, elə də müqavilə imzalamaq üçün sərbəstdir", - deyə R.Kəsəmənski vurğulayıb.

Xəbər lenti

Xəbər lenti