...

Çelyabinsk və Bakı Dövlət universitetləri əməkdaşlıq barədə saziş imzalayacaqlar

Cəmiyyət Materials 4 İyul 2006 16:58 (UTC +04:00)

Bakı Dövlət Universiteti Çelyabinsk Dövlət Universiteti ilə əməkdaşlığını genişləndirmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən xəbər veriblər.

Əməkdaşlığın inkişafı üçün hüquqi əsasın yaradılması məqsədi ilə əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır. Sənəd Çelyabinsk vilayətinin hökümət nümayəndə heyətinin vilayətin Mədəniyyət günlərində iştirak etmək üçün iyulun 4-7-də Azərbaycana səfəri zamanı imzalanacaq.

Sazişdə tələbə və müəllim, həmçinin elmi xəbər, tədris proqramları və metodologiyalarının mübadiləsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti