...

Yaponiyanın Osaka Universitetində Azərbaycana həsr olunmus seminar-konfrans keçirilib

Cəmiyyət Materials 10 İyul 2006 15:29 (UTC +04:00)
Yaponiyanın Osaka Universitetində Azərbaycana həsr olunmus seminar-konfrans keçirilib

Yaponiyada ilk dəfə böyük bir dövlət universitetində Azərbaycana həsr olunmus seminar-konfrans keçirilib. Bu barədə Trend ə Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətindən məlumat verilib.

İyulun 8-də Osaka Universitetində Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti (AYDC) "Qafqaz-Xəzər Salonu" adlı Azərbaycanı Yaponiyada tanıtım-təbligat silsilə programının sayca ikinci seminarı keçirilib. Seminarı AYDC və Osaka Universiteti birgə təskil edib. Seminara ciddi hazırlıq görülüb, tədbirdən əvvəl bu barədə "Asahi Shinbun" və "Yomiuri" qəzetlərində elanlar dərc olunub, Osaka əyalətindəki bütün beynəlxalq mərkəzlərə və universitetlərə plakatlar və afişalar asılıb və elektron mail vasitəsi ilə Yaponiyada fəaliyyət göstərən bütün ali təhsil ocaqlarına informativ broşurlar göndərlib.

Bu əlamətdar hadisə həm Yaponiya, həm Azərbaycan və həm də Osaka Universiteti tarixinə öz ilk möhürünü vurub. Belə ki, Yaponiyada ilk dəfə idi ki, belə böyük bir dövlət universitetində (Osaka Universiteti) uzaq bir cografiyada yerləsən Azərbaycana həsr olunmus seminar-konfrans keçirilirdi və bu konfransın təskilatçısı da elə məhz azərbaycanlı - Osaka Universitetində çalışan gənc tədqiqatçı alim, AYDC sədri Rəhman Sahhüseynli idi.

"Qafqaz-Xəzər Salonu" programının bu dəfəki mühazirəçiləri Yaponiyanın Azərbaycandakı keçmis səfiri Toşiyuki Fucivara və bu ölkədə uzun illərdir yasayan soydasımız Xəlil Kələntər idi. Seminarda T.Fucivara Yaponiya-Azərbaycan əlaqələrini genis səkildə isıqlandıraraq bir saata yaxın məruzə ilə çıxıs edib. Son illərdə, iki ölkə arasındakı dostluq və partnyorluq əlaqələrinin daha sürətlə inkişaf etməsini mühazirəçı iki faktorla izah edib - birincisi, mərhum prezident Heydər Əliyevin və prezident İlham Əliyevin bu ölkəyə səfərləri, ikincisi - AYDC-nin Yaponiyadakı beş illik geniş və effektli fəaliyyəti. T.Fucivara Azərbaycanın sürətlə inkisaf etdiyini və regionun lider dövlətinə çevrildiyini xüsusi vurgulayıb. Qarabağ probleminin həll olunmamasında Ermənistanın dekonstruktiv mövqeyini əsas faktorlardan biri kimi göstərən natiq, Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın zəbt etdiyini və bir milyona yaxın qaçqının acınacaqlı vəziyyətdə yaşadıgını istirakçıların nəzərinə çatdırıb.

Xəlil Kələntər də öz növbəsində Azərbaycan tarixi haqqında bir saatlıq məruzə edib, ən qədim zamanlardan baslayaraq müasir tariximizə qədər bütün dövrlərin xronoloji izahını verən mühazirəçı son 15 illik tariximiz barədə də danışıb. Son illərdə Azərbaycanın başına gətirilən müsibətlərdən, eləcə də Qarabag müharibəsindən və Cənubi Azərbaycanda baş verən hadisələrdən bəhs edib.

Seminarda müxtəlif təskilatlardan, universitetlərdən, elmi tədqiqat mərkəzlərindən xeyli sayda professor, tədqiqatçı, tələbə və eləcə də sıravi vətəndaslar istirak ediblər. 3 saata yaxın davam edən tədbir sual-cavab sessiyasindan sonra basa çatıb. Növbəti ikinci seminar sentyabrın 30-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti