...

Səhiyyə Nazirliyində qış mövsümünə hazırlıq çərçivəsində kollegiya iclası keçiriliib

Cəmiyyət Materials 10 İyul 2006 19:55 (UTC +04:00)

Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyində qış mövsümünə hazırlıq çərçivəsində kollegiya iclası keçirilib. Trend nazirliyə istinadən xəbər verir ki,səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyilə keçirilən iclasda cari hesabat dinlənilib. Hesabata əsasən, 2005-ci ildə 210 tibb müəssəsindən 121-i istilik sistemilə təmin olunub.

Müəssisələrin 43-də binadaxili istilik xətləri sıradan çıxdığı üçün səhiyyə müəssisələri istilik ilə təmin edilməyib. Bunlardan 28-i poliklinika, qadın məsləhətxanası və s-dir. Bu binaların 24-ü büdcə vəsaitləri hesabına maliyyələşdirilir və Səhiyyə Nazirliyinin sərəncamındadır. Digər 68 müəssisə isə işləmir və onların təmirə böyük ehtiyacı var.

"Qış mövsümünə hazırlıq ilə əlaqədar olaraq özüm bir çox səhiyyə müəssisəsində olmuşam. Amma əfsuslar olsun ki, vəziyyət heç də ürək açan deyil" - deyə nazir vurğulayıb.

O.Şirəliyev istilik sistemləri ilə bağlı bu və digər problemləri - qapı və pəncərələrin təmirini, onların şüşə ilə təmin olunmasını, infeksion şöbələrdə hava mübadiləsinin vacibliyini vurğulayıb və baş həkimlərə ilin istənilən mövsümündə vəzifələrinə məsuliyyətlə yanaşmalarını tələb edib.

Xəbər lenti

Xəbər lenti