...

"Mən "Qarabağ" komandasının əks-hücumlarda təhlükəli oynaması barədə öz futbolçularımı xəbərdar etmişdim"

Cəmiyyət Materials 14 İyul 2006 16:26 (UTC +04:00)

"Mən "Qarabağ" komandasının əks-hücumlarda təhlükəli oynaması barədə öz futbolçularımı dəfələrlə xəbərdar etmişdim". Bu barədə UEFA Kubokunun birinci raundunun Kişinyovda keçirilən, heç-heç ilə (1:1) başa çatan oyunundan sonra "Zimbru" komandasının baş məşqçisi İvan Tabanov bəyan edib.

Trend in verdiyi xəbərə görə, meydan sahiblərinin məşqçisi Moldova KİV-ləri ilə söhbət zamanı qeyd edib ki, oyunun hesabı onu qane etmir. "Təəssüf ki, biz birinci olaraq topu öz qapımıza buraxdıq və yalnız cərimədən sonra bunun əvəzini çıxdıq. Cavab oyununda daha uğurlu oynamağa və Avropa kubokunun növbəti mərhələsinə çıxmağa çalışacağıq", - deyə o bildirib.

Öz növbəsində, onun azərbaycanlı həmkarı Böyükağa Ağayev görüşün çox çətin keçdiyini bildirib. "Zimbru" öz meydanında qələbə qazanmaq istəyir, ona görə də biz oyunumuzu müdafiə üzərində qurmuşduq. Məqsədimiz - topu öz qapımıza buraxmamaqdan ibarət idi, ona görə də hesab bizi qane edir. Cavab oyununda biz lazımi nəticəni əldə etməyə calışacağıq", - deyə məşqçi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti