...

Ekologiya Nazirliyi Bakı İcra Hakimiyyətinə Nəsimi rayonunda ağacların kəsilməsi barədə təkrar xəbərdarlıq edib

Cəmiyyət Materials 18 İyul 2006 20:11 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəsimi rayonunda 46 ağac və kolun qanunsuz kəsilməsi faktını aşkarlayıb. Bu, "Nəsildən-nəslə" müəssisəsi tərəfindən həyata keçirilib və Nazirlər Kabinetinin qaydalarına əsasən həmin şirkətin nümayəndəsi G.Məmmədova qarşı iddia irəli sürülüb. Həmin şəxsin meşə fonduna pul ödəməsi təmin olunub. Bu barədə, Trend agentliyinin xəbərinə əsasən, nazirliyin məlumatında deyilir.

Nəsimi Rayonu Polis İdarəsinə həmin ərazidə tikinti işlərinin dayandırılması haqqında, Bakı və Nəsimi rayon icra hakimiyyətlərinə isə ərazinin əvvəlki görkəmini qaytarmaq haqqında məktub göndərilib.

Lakin sənəddə qeyd olunduğu kimi, keçirilmiş reydlər nəticəsində aşkar edilib ki, tikinti nəinki dayandırılmayıb, hətta həmin ərazidə əlavə 40 ağac da kəsilib. Yaranmış vəziyyətlə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə təkrar olaraq telefonoqramma göndərilib.

Xəbər lenti

Xəbər lenti