...

Azərbaycanın boks yığması Avropa çempionatında şəxsi rekord vurub

Cəmiyyət Materials 21 İyul 2006 11:40 (UTC +04:00)

Azərbaycanın boks yığması bu günlərdə Plovdivdə keçirilən Avropa çempionatında qazanılmış medalların sayına görə şəxsi rekord vurub.

Trend in xəbər verdiyi kimi, komanda indiyədək qitə birinciliyində 4 mükafat qazanmamışdı. Qeyd edək ki, ötən yarışda komanda iki bürünc əldə etmişdi. O zaman mükafatçılar üçlüyünü Ruslan Xayirov və Cavid Tağıyev qapamışdı. Ancaq R.Xayirov lazımi formada olmadığından indiki çempionatda iştirak etmir. C.Tağıyev isə yarımfinalda məğlub olub.

Bununla yanaşı, kollektiv yarımfinala vəsiqə qazanmış Samir Məmmədov (51 kq), Şahin İmranov (57 kq), Rahib Bəylərov (75 kq) və Elçin Əlizadənin (90 kq) sayəsində özünü ən azı 4 bürünc medalla təmin edib.

Xəbər lenti

Xəbər lenti