...

Macarıstan arbitrləri Avropa-2008 turnirinin Azərbaycan-Qazaxıstan seçmə oyununda hakimlik edəcəklər

Cəmiyyət Materials 30 Avqust 2006 11:45 (UTC +04:00)

FİFA-nın Macarıstandan olan arbitrlər briqadası 2008-ci il Avropa çempionatının sentyabrın 6-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Qazaxıstan seçmə oyununda hakimlik edəcək.

AFFA-dan Trend ə verilən xəbərə görə, görüşün əsas hakimi Jolt Zaboya olacaq, Peter Heci və Robert Kispal isə ona köməklik göstərəcəklər. Bu arbitrlər briqadasının kifayət qədər təcrübəsi var və artıq bir neçə beynəlxalq oyunlarda hakimlik ediblər. Qarşılaşmanın müfəttişi isə Türkiyədən olan nümayəndə Orxan Ərdəm olacaq və o, hakimlərin işini qiymətləndirəcək.

Xatırladaq ki, Qazaxıstanla görüşdən əvvəl isə komanda Belqradda Serbiyaya qarşı oynayacaq və bu qarşılaşmada Knut Kerçerin başçılığı ilə alman hakimlər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti