...

Azərbaycanın gənclər və idman naziri Çinə yola düşür

Cəmiyyət Materials 21 Sentyabr 2006 12:13 (UTC +04:00)

Sentyabrın 21-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Çinə yola düşür. Səfərdə məqsəd 2008-ci il Olimpiadasına hazırlığın gedişi ilə tanış olmaqdan ibarətdir.

İdarənin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, səfər zamanı A.Rəhimov atletlərimizin yerləşəcəyi yerlə tanış olacaq, yarışların keçiriləcəyi idman arenalarına baxış keçirəcək. Bundan başqa, nazir güləş üzrə dlünya çempionatına da baş çəkəcək və Beynəlxalq Federasiya (FİLA) rəhbərliyinə xüsusi təqdimat çarxını təqdim edəcək.

"Məlumdur ki, gələn il mundial Bakıda keçiriləcək. Buna görə də A.Rəhimova FİLA-nın xüsusi bayrağı veriləcək və bu, 2007-ci il çempionatının Azərbaycanda keçiriləcəyinin sübutu olacaq", - deyə R.Abbasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti