Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova oktyabrın 6-da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər ərəfəsində Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası ilə birgə tədbirlər keçirir. Trend xəbər verir ki, sentyabrın 20-də Bakı şəhərində "Cəmiyyətin demokratikləşməsi prosesində yerli özünüidarəetmə orqanlarının rolu" mövzusunda regional seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, MSK-nın nümayəndələri iştirak ediblər. Müvəkkil "İnsan hüquqlarının təmin olunmasında bələdiyyəlrin rolu" mövzusunda çıxış edib.
E.Süleymanova ölkəmizin "Yerli özünüidarə haqqında Avropa Xartiyası"nı ratifikasiya etdiyini vurğulayaraq bu sənədin əhalinin yerli əhəmiyyətli məsələlərin həllində iştirakının təmin edilməsi prinsiplərini təsbit etdiyini söyləyib.