Sentyabrın 25-də Azərbaycanda Ədliyyə Nazirliyi nəzdində Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin tərkibinin formalaşdırılmasına dair toplantı keçirilib. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda Ədliyyə Nazirliyinin idarə rəisləri Faiq Qurbanov, Fazil Məmmədov, Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev, millət vəkili Azay Quliyev və hüquq müdafiəçiləri Elçin Behbudov, Səadət Bənanyarlı, Elmira Ələkbərova, Səidə Qocamanlı, Çingiz Qənizadə, Elmar Məmişov, Sahib Məmmədov , Əliməmməd Nuriyev və Kamil Səlimov Komitəyə üzv seçiliblər.