Oktyabrın 13-də şahmat üzrə klublararası Avropa Kubokunun 6-cı turu keçirilib. Trend in xəbər verdiyi kimi, hər iki azərbaycanlı qrossmeyster - Teymur Rəcəbov (Kazanın "Ladya" klubu) və Şəhriyar Məmmədyarov (Çeboksar "Elara") partiyalarını heç-heçə ilə başa vurub.
Sonuncudan əvvəlki turda dərhal 5 komanda 10 xal toplayaraq turnir cədvəlində liderlik edir. Onlar arasında azərbaycanlı qrossmeysterlərin çıxış etdiyi hər iki klub da var.