...

İctimai Televiziyanın sentyabr ayı ərzində monitorinqinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 19 Oktyabr 2006 13:04 (UTC +04:00)

Nəcəf Nəcəfov Fondu 01 sentyabr-30 sentyabr 2006-cı il dövrü üzrə İctimai Televiziyanın (İTV) monitorinqinin nəticələrinin təhlilini başa çatdırıb. Bu barədə Trend ə Fonddan məlumat verilib.

Məlumatlandırmanın telejanrlar üzrə təhlili göstərib ki, ötən ay İTV xəbərlərə 178175 saniyə efir vaxtı ayırıb. Monitorinqdə xəbərlərin coğrafi təsnifatı da aparılıb. Hesablamaların nəticələri yayılan xəbərlərin 65,3 faizinin (116288 saniyə) daxili, 34,7 faizinin (61887 saniyə) xarici xəbərlərə ayrıldığını göstərir.

Məlumatlandırmada xəbərlər tərəflilik və neytrallıq meyarı üzrə qiymətləndirilib. Qiymətləndirməyə görə, ümumi yayılan xəbərlərin 20,9 faizi tərəfli, 79,1 faizi neytral olub. Məlumatlandırmanın 76,1 faizi ana dilində, 13 faizi rus, 10,9 faizi ingilis dilində yayılıb.

Təhlil qrupu bu ay həmçinin "Carçı" və "Gündəm" informasiya buraxılışlarında siyasi və sosial xəbərlərin tərəflilik və neytrallıq meyarı üzrə təhlil aparıb. Qiymətləndirməyə görə, sentyabr ayında yayılan siyasi xəbərlərin 52,8 faizi tərəfli, 47,2 faizi neytral olub. Hesabat dövründə adları çəkilən informasiya buraxılışlarında yayılan sosial xəbərlərin 24,2 faizi tərəfli, 75,8 faizi neytral olub.

Aparılmış monitorinq zamanı TV-nin efir vaxtının artması, inkişaf dinamikası müşahidə olunub. Ötən ilin sentyabr ayı ilə müqayisədə tərəfli verilişlərin xüsusi çəkisi 28,7 faizdən 20,9 faizə enib, "neytral" verilişlərin xüsusi çəkisi isə 71,3 faizdən 79,1 faizə qədər artıb.

Xəbər lenti

Xəbər lenti