...

GTZ-nin dəstəyi ilə Ali Məhkəmə hakimləri üçün seminar keçirilib

Cəmiyyət Materials 25 Oktyabr 2006 10:56 (UTC +04:00)

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri üçün "Azərbaycan Respublikasının beynəlxalq xüsusi hüquq normalarının tətbiqinin əsas məsələləri" mövzusunda seminar keçirilib. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Seminarı giriş sözü ilə açan Ali Məhkəmənin iqtisadi münasibətlərə dair işlər üzrə kollegiya sədri Hikmət Mirzəyev Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan məqsədyönlü islahatlardan danışıb, son vaxtlar Almaniya Texiniki Əməkdaşlıq Cəmiyyətinin köməyi ilə Azərbaycan və Almaniya arasında bu sahədə işgüzar əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

Almaniyanın Frayburq Universitetinin professoru Gerhard Holox mövzu ətrafında məruzə ilə çıxış edib və müzakirələr aparılıb.

Seminarda Ali Məhkəmənin mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının hakimləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti