...

"Qarabağ" futbol klubu heyətin gəncləşməsi ilə məşğul olub

Cəmiyyət Materials 22 Dekabr 2006 21:00 (UTC +04:00)

Transferə birdən-birə yeddi futbolçu çıxaran "Qarabağ" klubu heyətin cavanlaşdırılması yolu ilə gedib.

Trend ə verilən xəbərə görə, komandanın rəhbərliyi Azərbaycanın U-17 və U-19 gənc yığmasını müdafiə edən bir sıra oyunçularla müqavilə imzalayıb. Onların sırasında qolkiper Osman Umarov, mudafiəçi Timur İsrafilov, yarımmüdafiəçi İsabala İsrafilov, Taqim Novruzov və Nodar Məmmədov var. Futbolçuların hər biri ilə üç illik müqavilə imzalanıb ki, bu müddət ərzində onlar ölkə çempionatında yüksək yerləri tutmaq və Avropa kubokuna çıxış qazanmaq üçün komandaya kömək edəcəklər.

Qeyd etmək lazımdır ki, on birinci tura qədər birincilikdə qalmış yeganə komanda olan, məğlubiyyət qarşısında öz mövqelərini itirən ağdamlılar ölkə çempionatında uğurla çıxış edib.

Xəbər lenti

Xəbər lenti