...

Bakıda neftçilər xəstəxanasının yeni poliklinikası açılıb

Cəmiyyət Materials 26 Dekabr 2006 17:45 (UTC +04:00)

Bu gün Bakıda Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Neftçilər xəstəxanasının yeni poliklinikası açılıb. Bu barədə Trend xəbər verir.

Dövlət Neft Şirkətinin sosial inkişaf idarəsinin rəhbəri Qorxmaz Hüseynov qeyd edib ki, poliklinikanın tikintisinin sifarişçisi idarənin özü olub. Bütün işlər ARDNŞ-ın tikinti idarələrindən biri tərəfindən aparılıb. Bu layihənin ümumi dəyəri təxminən 1,5 mln. AZN təşkil edib.

2008-ci ildə ARDNŞ ölkənin regionlarında bir neçə yeni müalicə-diaqnostika mərkəzlərinin istismara verilməsini də nəzərdə tutub. Onlar Qazax, Gəncə, Bərdə, Əli Bayramlı, Qəbələ, Quba və Zaqatalada tikilməlidir. Balakəndə isə rayon xəstəxanasının açılışı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti