...

"Pentensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 27 Dekabr 2006 18:19 (UTC +04:00)

Dekabrın 27-də Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda "Pentensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi haqqında Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasının üzvü, işçi qrupun rəhbəri Elmira Axundova məlumat verib. Qanun pentensiar müəssələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin cəmiyyətə sosial adaptasiyasını təmin edəcək, bu prosesin təşkilatı-hüquqi əsaslarını müəyyənləşdirəcək.

Qanun pentensiar müəssələrdə cəza çəkməkdən azad olunmuş Azərbaycan vətəndaşları ilə yanaşı, xarici vətəndaşlara da şamil olunacaq. Qanuna görə cəza çəkməkdən azad olunmuş şəxslər qeydiyyata alınacaq, yaşayış sahəsi olmayan şəxslər mənzil-məişət şəraiti ilə təmin ediləcək, onların ictimai-faydalı əməyə və təhsilə cəlb olunması ilə bağlı tədbirlər görüləcək, tibbi və sosial yardıma ehtiyacı olanlara birdəfəlik pul müavinəti verilicək, hüquqi, psixoloji və informasiya yardımı göstəriləcək.

Xəbər lenti

Xəbər lenti