...

Cüdo üzrə Azərbaycan yığması Kislovodskda tolantılarını başa çatdırıb

Cəmiyyət Materials 28 Dekabr 2006 15:23 (UTC +04:00)

Kislovodskda təlim-məşq toplantıları keçirən cüdo üzrə Azərbaycan yığması yeni mövsümə hazırlaşmağa başlayıb.

Komandanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə bildirdiyinə görə, o, toplantıların nəticələrindən razı qalıb, idmançılar özünü çox yaxşı nümayiş etdirib. O bildirib: "Onlar dizə qədər qar içində məşq ediblər, hava şəraiti çox sərt idi. Lakin cüdoçularımız öhdələrinə düşən vəzifənin öhdəsindən uğurla gəldilər və bu, ümid etməyə imkan verir ki, irəlidəki lisenziya yarışlarına yaxşı formada qatılacaqlar".

O qeyd edib ki, toplantıda bütün aparıcı idmançılarımız iştirak edib, yalnız üçqat Avropa çempionu Elçin İsmayılovdan başqa, o, Həcc ziyarətinə yollanıb.

Xəbər lenti

Xəbər lenti