...

Fiqurlu konkisürmə üzrə Azərbaycan yığması Avropa çempionatında tam heyətlə çıxış edəcək

Cəmiyyət Materials 19 Yanvar 2007 13:28 (UTC +04:00)

Fiqurlu konkisürmə üzrə Azərbaycan yığması yanvarın 22-də Varşavada start götürəcək Avropa çempionatında tam heyətlə çıxış edəcək.

Trend xəbər verir ki, komandanın liderləri yüksək yerlər uğrunda mübarizə aparmağı planlaşdıran üçqat olimpiya çempionları Kristin Freyzer və İqor Lukanindir. Duetlərin yarışında respublikanı Yekaterina Sosinova və Fyodr Sokolov təmsil edəcək, bu yarış onların karyerasında ilk əhəmiyyətli yarış olacaq. Tək rəqslərdə respublikanı buz üstədə "Avropada" konkisürmə təcrübəsi olmayan İvan Blaqov və Kristina Şlobina təmsil edəcək.

Qeyd etmək lazımdır ki, çempionat bu mövsümdə fiqurlu konki sürənlər üçün ilk beynəlxalq görüş olacaq.

Xəbər lenti

Xəbər lenti