...

Ədliyyə Nazirliyi 16.500 bələdiyyə aktına baxıb və onlardan 1000-ni ləğv edib

Cəmiyyət Materials 24 Yanvar 2007 13:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi son bir il ərzində 16.500 bələdiyyə aktına baxıb və onlardan 1000-ni ləğv edib. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən məlumat verilib.

Bəzi aktların ləğvi ilə bağlı məhkəmələrdə iddialar qaldırılıb, bələdiyyə aktlarını vaxtında təqdim etməyən 150 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib. İnzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmiş maddi əskikliklər yerli büdcələrə ödətdirilib, ciddi qanun pozuntuları barədə 17 bələdiyyənin fəaliyyəti ilə bağlı müvafiq sənədlər istintaq aparılması üçün prokurorluq orqanlarına göndərilib.

Eyni zamanda, bələdiyyələr tərəfindən 1000 hektardan artıq qanunsuz verilmiş torpaq sahəsi bələdiyyələrə qaytarılıb. Həmçinin, 40-a qədər qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti