...

Azərbaycan Səhiyyə Nazirliyi HİV-ə yoluxmuş şəxslərin sayını açıqlayıb

Cəmiyyət Materials 24 Yanvar 2007 18:46 (UTC +04:00)

2006-cı il noyabrın 27-ə olan məlumata görə, Azərbaycanda immun çatışmazlığı virusuna (HİV) yoluxmuş şəxslərin sayı 1007 nəfər təşkil edib, onların 54 nəfəri əcnəbilər, 953 (805 kişi və 148 qadın) nəfəri isə Azərbaycan vətəndaşlarıdır.

Trend Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu xəstəlikdən dünyasını dəyişmiş vətəndaşların ümumi sayı 111 nəfər, HİV-ə yoluxaraq artıq AİDS mərhələsinə keçənlərin sayı isə 200 nəfər təşkil edir.

Son illər ərzində ilk dəfə olaraq, HİV-ə yoluxmuş şəxslərin qeydiyyata alınması və statistikası üzrə iş daha dəqiq təşkil olunub.

2006-cı ilin son dörd ayı ərzində ölkəmizdə 135 yeni HİV-ə yoluxma hadisəsi qeydə alınıb. Cari il ərzində HİV-ə yoluxma hadisələrinin sayı artaraq 540-a çatıb, bu da respublika üzrə ümumi yoluxmaların 56,7%-ni təşkil edir (2005 illə müqayisədə 8,1% artıb).

HİV-ə yoluxma 203 nəfərdə (21,3%) heteroseksual, 7 nəfərdə (0,7%) homoseksual cinsi

HİV-ə yoluxma 203 nəfərdə (21,3%) heteroseksual, 7 nəfərdə (0,7%) homoseksual cinsi əlaqə nəticəsində baş verib, 8 nəfər (0,8%) HİV-ə yoluxmuş analardan dünyaya gəlmiş uşaqlardır, 194 nəfərdə (20,4%) yoluxma yollarını müəyyən etmək mümkün olmayıb. HİV-ə yoluxmuş şəxslərin xeyli hissəsini xarici ölkələrə, xüsusilə MDB ölkələri arasında HİV-ə yoluxma sayına görə liderlik edən Rusiya Federasiyasına qazanc dalınca üz tutan miqrantlar təşkil edir.

HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 312 nəfəri (32,7%) - Bakı şəhərinin, 630 nəfəri (66,1%) isə digər rayonların sakinləridir.

Ölkəmizdə aşkar olunmuş HİV-ə yoluxmuş şəxslərin yaş kateqoriyaları aşağıdakı kimidir: 430 nəfər (45,1%) - 30-39 yaşında, 223 nəfər (23,4%) - 25-59 yaşında, 156 nəfər (16,4%) - 40-49 yaşında, 91 nəfər (9,6%) - 20-24 yaşında, 25 nəfər (2,6%) - 15-19 yaşındadır, 8 nəfər (0,8%) yoluxmuş şəxs isə - 14 yaşına gədər uşaqlardır. Beləliklə, Azərbaycan ərazisində HİV-ə yoluxmuş şəxslərin ümumi sayının 80,7%-ni 15-39 yaşlarında olan şəxslər təşkil edir.

Azərbaycan Səhiyyə Nazirliyinin AİDS-lə Mübarizə Mərkəzində AİDS-li xəstələrin yüksəkaktivli ARV - preparatları ilə müalicəsinə başlayıb. Mərkəzin dəstəyi ilə 120 nəfər HİV-ə yoluxmuş şəxsə müvafiq əlillik qrupları verilib.

Xəbər lenti

Xəbər lenti