...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanın bölgələrində icma görüşləri keçirib

Cəmiyyət Materials 5 Fevral 2007 11:41 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü" adlı layihə çərçivəsində Azərbaycanın bölgələrində keçirilən icma görüşlərinin ilkin mərhələsini başa çatdırıb. Trend in məlumatına görə, bu barədə ilkin mərhələnin yekunlarına dair fevralın 5-də keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıqlama verib.

O, qeyd edib ki, tədbirlərin ilkin mərhələsində gənclərin cinsi və reproduktiv sağlamlığı, hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın 10 bölgəsində 400 sakin (15-20 yaşlarında) arasında görüşlər və müzakirələr keçirilib. Tədbirlərin gedişində gənclərin reproduktiv problemləri, erkən nikahlar, qadınlara qarşı zorakılıq, valideyn və müəllimlərlə gənclərin ünsiyyəti və digər məsələlər müzakirə olunub. Görüşlər zamanı iştirakçılar erkən nikahların qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi, Ailə Məcəlləsinə dəyişikliklər edilməsi, dini kəbin bağlanarkən nikah müqaviləsinin məcburiliyi, hər bir bölgədə Dövlət Komitəsinin nümayəndəliyinin fəaliyyət göstərməsi və başqa bu kimi təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti