...

Qarabağ partizanlarının valideynləri beynəlxalq hüquq müdafiəçilərilə görüşüblər

Cəmiyyət Materials 12 Fevral 2007 18:40 (UTC +04:00)

Qarabağ partizanlarının valideynləri fevralın 12-də Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq seminarın bir qrup iştirakçısı, o cümlədən Beynəlxalq Hüquq Müdafiəçilərinə Dəstək Fondunun və Sakit okean hövzəsi Qadınların Hüquqlarını Müdafiə Forumunun nümayəndələri ilə görüşüblər. Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatından (QAT) məlumat verilib.

Valideynlər Qarabağ partizanları ilə bağlı ətraflı məlumat verib, onların haqqında ədalətsiz məhkəmə qərarı çıxarıldığını, həbsdə saxlandıqlarını deyiblər. Həmçinin partizanlarının ailələrinin çətin vəziyyətdə yaşadıqları qeyd olunub. Beynəlxalq təşkilatların nümayəndələri problemi başa düşdüklərini, Azərbaycanda görüşəcəkləri dövlət nümayəndələrinin diqqətinə çatdıracaqlarını deyiblər.

Xəbər lenti

Xəbər lenti