...

Peşəkar boksçu Əli İsmayılov kiçik taym-aut götürüb

Cəmiyyət Materials 17 Fevral 2007 13:55 (UTC +04:00)

Bu yaxınlarda WBO Latino kəmərini qazanmış Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov hələ öz gələcək planlarını müəyyənləşdirməyib.

İdmançının Trend ə verdiyi xəbərə görə, bariziliyalı Lusiano Torresa qarşı titul döyüşünün hazırlığı bir qədər uzandığından, hazırda o, qısa taym-aut götürmək qərarına gəlib. "Görüş hələ dekabr ayının ortalarında Bakıda keçirilməli idi, lakin nəticədə fevralın 10-da Sankt-Peterburqda keçirildi. Ona görə də indi həmin döyüşdən sonra nəfəsimi dərəcəm, sonra isə növbəti qarşılaşmalara birbaşa hazırlığa başlayacağam", - deyə Əli bildirib.

Beynəlxalq reytinqə düşmüş Ə.İsmayılovun sözlərinə görə, o, növbəti döyüşünü maydan əvvəl keçirəcək, həm də döyüşün uzaq xaricdə təşkil olunma ehtimalı da var.

Xəbər lenti

Xəbər lenti