...

Macarıstanın Appelyasiya məhkəməsi Ramil Səfərovun ömürlük cəza hökmünü qüvvədə saxlayıb

Cəmiyyət Materials 22 Fevral 2007 18:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/Fevralın 22-də Macarıstanın Appelyasiya məhkəməsinin iclasında hakim Piroşki Karpati birinci məhkəmə instansiyasının erməni zabiti Qurgen Marqaryanın qətlinə görə zabit Ramil Səfərova çıxardığı 13 aprel 2006-cı il tarixli ömürlük həbs cəzası hökmünü qüvvədə saxlayıb. Bu barədə məhkəmə nümayəndəsi İkram Şirinov məlumat verib.

Məhkəmə iclasında Azərbaycan tərəfindən həmçinin Azərbaycan Vəkillər Kollegiyasının rəhbəri Azər Tağıyev, Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları və Azərbaycanın Macarıstandakı diasporunun nümayəndələri iştirak edib. İ.Şirinov gələcək planlar barədə danışmaqdan çəkinərək, yalnız bildirib ki, bunu vətənə qayıtdıqdan sonra, məhz fevralın 24-dən sonra elan edəcək.

Xəbər lenti

Xəbər lenti