Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Futbol üzrə Azərbaycan yığması martın 8-də Çimkənddə başlayacaq "Kubok Alma TV " turnirində Türkmənistanla görüşməyəcək.
AFFA-dan Trend ə bildiriblər ki, Orta Asiyadan olan bu komanda əvvəl yarışda iştirak edəcəyi barədə bildirsə də, son anda iştirak etməkdən imtina etməyə məcbur olub və onu Qırğızıstan əvəz edəcək.
Yarış cədvəlinə uyğun olaraq Şahin Diniyevin yetirmələri martın 8-də Özbəkistanla görüşəcəklər, iki gün sonra isə meydanda qazaxlara qarşı oynayacaqlar. Son görüşdə komanda Qırğızıstanla oynayacaq və bundan sonra dövrə yarışın qalibi müəyyən olunacaq.
Xatıralaq ki, Çimkəndə səfər Avro-2008 seçmə oyunları üçün mühüm hazırlıq mərhələsi olacaq.