...

İspaniyada yaşayan azərbaycanlılar Lloret de mar şəhərinin meriyası qarşısında aksiya keçiriblər

Cəmiyyət Materials 27 Fevral 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İspaniyanın Lloret de mar şəhərində meriyanın binası qarşısında İspaniya-Azərbaycan Cəmiyyətinin üzvləri Xocalı soyqırımı ilə əlaqədar tədbir keçiriblər. Bu barədə İspaniyada Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Cavid Səmədov məlumat verib.

Tədbirdə azərbaycanlılarla yanaşı ispan xalqının nümayəndələri də iştirak ediblər. Aksiyada erməni terrorçularının törətdiyi vəhşiliklər ispan xalqına çatdırılıb, Xocalı soyqırımını əks etdirən kitablar, fotoşəkillər şəhər sakinlərinə nümayiş etdirilib. Mitinqdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib.

Xəbər lenti

Xəbər lenti