...

Azərbaycanda aylıq hava şəraiti iqlim normasına yaxın olacaq

Cəmiyyət Materials 2 Aprel 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Apreldə Azərbaycanda hava şəraiti nisbətən sabit keçəcək, havanın orta aylıq temperaturu normaya yaxın olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva bazar ertəsi Trend ə məlumat verib.

Tağıyevanın sözlərinə görə, aprelin birinci ongünlüyünün birinci yarısında, ikinci ongünlüyün ikinci yarısında və üçüncü ongünlüyün ortalarında hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar temperaturların normadan bir qədər aşağı enəcəyi proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında havanın aylıq hava temperaturu 10-12 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Aylq yağıntının miqdarı isə bəzi yerlərdə çox olacaq. Naxçıvan Muxtar Respublikasında havanın aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Xəbər lenti

Xəbər lenti